“Qarabağ” inamlı qələbə qazanaraq “Qəbələ”ni taxtdan salıb

Bu gün Premyer liqada 13-cü tura yekun vurulub. Allsport.az saytı xəbər verir ki, son oyun günündə eyni xalla zirvəni bölüşən “Qarabağ” və “Qəbələ” klubları üz-üzə gəliblər.

Turun mərkəzi görüşü gərginliyi ilə yadda qalıb. İlk hissə qarşılıqlı hücumlar şəraitində keçsə də, qapılara qol vurulmayıb. Matçın növbəti yarıda sürətli məcraya yol alıb. Açıq oyunda hesabı qonaqlar açıb. 64-cü dəqiqədə Filip Ozobiç fərqlənib.

“Qəbələ” qələbəni bayram etməyə hazırlaşan zaman matçın axarı qəfil dəyişib. 86-cı dəqiqədə qayda pozuntusuna görə (əllə oyun) baş hakim Rəhim Həsənov “qara-qırmızılar”ın qapısına 11-metrlik cərimə zərbəsi təyin edib. Riçard Almeyda topu düzgün nöqtəyə göndərib – 1:1.

Bundan sonra “Qəbələ” əks-hücuma keçib. Bərabərlik qolunun müəllifi rəqib futbolçuya qarşı kobudluğa görə qırmızı vərəqə alıb (90+4). Hamı matçın bu hesabla bitəcəyini gözləyərkən, meydan sahibləri əks-həmlədə qələbə qolunu vurublar. Əkavə olunmuş 7-ci dəqiqədə Əfran İsmayılovun sağ cinahdan uzun reyd edib, gözəl hərəkətlə “Qəbələ” müdafiəçisini aldadaraq, Dino Ndlovuya yerlə ötürmə verib. Afrikalı hücumçuya topa yalnız toxunmaq qalıb.

Oyundan sonra gərgin anlar yaşanıb. Baş hakim qonaqların meydanı tərk etdiyini görüb, görüşün başa çatdığını fiti səsləndirib.

Həmin kateqoriyadan