“Qarabağ” Macarıstanda “Trabzonspor”la yoxlama oyununa çıxacaq

Avstriyada azərbaycanlıların yaratdığı “Qarabağ” futbol klubu yeni mövsümə hazırlığı davam etdirir. Allsport.az saytı xəbər verir ki, komanda bazar günü yoxlama görüşü keçirəcək. Macarıstanda baş tutacaq yoxlama oyununda rəqib Türkiyənin “Trabzonspor” klubu olacaq. Matç yerli vaxtla saat 19-da başlayacaq.

Xatırladaq ki, “Qarabağ” Avstriya futbolunun tarixində ilk dəfə xaricilər tərəfindən yaradılmış klubdur. Azərbaycanlıların yaratdığı “Qarabağ” futbol klubu Avstriyanın 2-ci Landesliqanın çempionu olub. Klubun prezidenti Orxan Vəliyev ali təhsili Avstriya Dövlət İqtisad Universitetində alıb. Klubun idarə heyəti 4 Azərbaycan və 2 Avstriya vətəndaşından ibarətdir.

Həmin kateqoriyadan