“Qarabağ” Qara Qarayevlə yeni müqavilə bağlayıb

Növbəti mövsüm transfer çalışmalarını davam etdirən “Qarabağ” bir futbolçuyla müqavilə yeniləyib. Allsport.az saytı xəbər verir ki, komandanın yetirməsi və millimizin üzvü Qara Qarayevlə anlaşma uzadılıb. Razılaşmaya əsasən, yarımmüdafiəçi daha iki il komandamızın formasını geyinəcək.

“Daha iki il “Qarabağ”ın bir parçası olmaq mənim üçün qürurvericidir. Nə qədər gücüm var, bu komandanın, bu camiənin xidmətində olmağa çalışacam.

Klub rəhbərliyi və məşqçilər heyətinə də təşəkkürümü bildirirəm ki, məni yenidən komandada görmək istəyirlər. Bu da məni çox sevindirir. Növbəti illərdə də “Qarabağ”ın uğurları üçün əlimdən gələni edəcəm”- deyə, nüdafiəçi bildirib.

Həmin kateqoriyadan