“Qarabağ”ın rəsmisi UEFA komitəsinin toplantısında

“Qarabağ”ın idarə heyətinin üzvü Asif Əsgərov bir müddət əvvəl UEFA-nın yarışların təşkili (2023-27-ci illər) komitəsinin üzvü seçilib.

Allsport.az xəbər verir ki, bu, UEFA komitələri sırasında ən nüfuzlusu sayılır. çempionlar liqası, Avropa liqası və konfrans liqasına aid bütün məsələlər, o cümlədən dəyişilikliklər məhz bu komitədə müzakirə olunur və təsdiqlənir.

“Qarabağ” rəsmisi dünən UEFA komitəsinin Cenevredə keçirilən toplantısında iştirak edib. Komitənin yeni tərkibdə ilk iclası (online) fevralın 1-də, ilk canlı görüşü isə martın 4-5-də İsveçrədə baş tutub.

2023-27-cü illər üçün Avropa kubokları ilə bağlı bəzi dəyişikliklər təsdiqlənib və ictimaiyyətə təqdim olunub. Bəziləri isə yaxın günlərdə açıqlanacaq. Açıq qalan məsələlər isə komitənin mayın 31-də Londonda keçiriləcək iclasında müzakirə olunacaq.

Həmin kateqoriyadan