- Baxış sayı: 25
- 23 Sentyabr 2026 23:52
- Baxış sayı: 158
- Sentyabr 23, 2026
- 0

Bu gün AFFA intizam komitəsinin növbəti iclası keçirilib. Allsport.az saytı xəbər verir ki, aparılan müzakirələrdən sonra Premyer Liqa və əvəzedicilər arasında ölkə birinciliyinin 12-ci turunun oyunları ilə bağlı aşağıdakı qərarlar qəbul olunub:
Premyer Liqa
“Qarabağ” – “Kəpəz” matçında ev sahibinin 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunub.
“İnter” – AzAL matçının 68-ci dəqiqəsində qonaqların futbolçusu Brayan Fok ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klubu 200 manat cərimə olunub.
Əvəzedicilərin çempionatı
“Qəbələ” – “Zirə” matçında bölgə təmsilçisinin 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 400 manat cərimə olunub.
“Qarabağ” – “Kəpəz” matçında Gəncə klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 400 manat cərimə olunub.