- Baxış sayı: 38
- 19 İyun 2026 20:30
- Baxış sayı: 65
- İyun 19, 2026
- 0
Avstriyada vayner stadt liqada mübarizə aparan “Qarabağ Vyana” klubu cari mövsümünün ilk yarısında tarixi nəticə göstərib. Allsport.az saytı xəbər verir ki, ilk dövrədə 15 turda 10-da qələbə və 5 heç-heçə edən “atlılar” yeni rekord müəyyənləşdiriblər.
15 matçda uduzmayan klub məğlubedilməz oyunlar seriyasını davam etdirib. Bununla da Avstriyanın 4-cü liqası və Vyana əyalətinin ən yüksək liqasında məğlubiyyətsizlik rekordu qeydə alınıb. Liqanın ikinci yarısına fevralın 26-da start veriləcək.