“Qarabağ” Yunanıstanda da “Şimalın ikibaşlı qartalları”nı yendi

Bu gün Avropa Liqasının qrup mərhələsində 4-cü turun oyunları keçirilib. Allsport.az saytı xəbər verir ki, “Qarabağ” klubu Yunanıstanla yerli PAOK ilə qarşılaşıb. Bakıda baş tutan matçda rəqibinə 2:0 hesabı ilə qalib gələn Azərbaycan çempionu, Elladada da uğurlu nəticə qazanıb.

Bütün görüş boyu üstün oyun nümayiş etdirən Ağdam komandası Migel Maderanın 69-cu dəqiqədə yeganə qolu sayəsində “Şimalın ikibaşlı qartalları”nı üstələyib.

Qrupun digər oyununda İtaliya “Fiorentina”sı doğma meydanda Çex Respublikasının “Slovan” klubunu ını qəbul edib və böyük hesablı qələbəyə sevinib – 3:0.

Həmin kateqoriyadan