“Qarabağ”dan 150-ci səfər qələbəsi

“Qarabağ” klubu Azərbaycan çempionatlarında 150-ci səfər qələbəsini qazanıb. Allsport.az saytı xəbər verir ki, yubiley uğuru premyer liqasının 21-ci turunun “Sumqayıt”la görüşünə təsadüf edib. 4:0 hesablı qələbəyədək ağdamlılar 149 dəfə rəqib meydanlarında qalib gəlmişdi.

Səfərdəki 150-ci qələbə 352-ci matça təsadüf edib. “Qarabağ”ın hesabında 94 heç-heçə və 108 məğlubiyyət də var. Rəqib meydanlarındakı qol sayını 418-ə çatdıran ağdamlılar 328 top buraxıb.

Qeyd edək ki, səfərdə ən çox qələbəsi olan komanda “Neftçi”dir – 174. Bu iki klubdan başqa yalnız “İnter” rəqib meydanında 100-dən artıq qələbə əldə edib. Bakılıların 102 belə uğuru var.

Həmin kateqoriyadan