“Qarabağ”dan 350-ci səfər oyunu

Premyer liqanın 18-ci turunun “Kəpəz”lə oyunu “Qarabağ” üçün yubileylə əlamətdar olub. Allsport.az saytı xəbər verir ki, Ağdam klubu ölkə çempionatlarında 350-ci səfər matçına çıxıb. 1:0 hesabı ilə qələbə qazanan Qurban Qurbanovun komandası yubileyi 3 xalla qeyd edib.

Ümumilikdə, 711 matç keçirən “köhlən atlılar” rəqib meydanlarındakı 350 çempionat matçında hesabına 541 xal toplayıb. Əyalət klubu səfər matçlarının sayında yalnız “Neftçi”dən geri qalır. Paytaxt klubu rəqib meydanında 351 matç keçirib.

Qeyd edək ki,  “Qarabağ” ilk səfər oyununa 1992-ci il mayın 9-da çıxıb. Salyanda “Plastik”lə görüşən ağdamlılar 2:0 hesabı ilə qələbə qazanıb.

Həmin kateqoriyadan