- Baxış sayı: 78
- 02 May 2024 22:35
- Baxış sayı: 78
- May 02, 2024
- 0
Bu gün premyer liqanda 24-cü turun görüşləri keçirilib. Allsport.az saytı xəbər verir ki, milli komandaların oyunları ilə əlaqədar yaranan fasilədən sonrakı ilk turun bütün görüşləri eyni gündə baş tutub. Açılış matçı Sumqayıtda keçirilib. Şəhərin eyniadlı təmsilçisi doğma meydanda “Neftçi”ni üstələyib – 2:0.
Növbəti oyunda iki paytaxt klubunun qarşıdurması baş tutub. “İnter” öz meydanında 2:1 hesabı ilə AzAL-a qalib gəlib.
Ölkə çempionatının öncülü “Qarabağ” Bakıda “Kəpəz”lə ü-üzə gəlib. Hesabı gəncəlilər açsa da, sonradan Ağdam klubu 2 qol vuraraq, qızıl medal yolunda daha bir vacib qələbə qazanıb.
Turun digər diqqət mərkəzində olan görüşündə ötən mövsümün mükafatçıları “Zirə” və “Qəbələ” qarşılaşıblar. Bu mübarizədə qalib müəyyənləşməyib (1:1).