- Baxış sayı: 37
- 06 Avqust 2026 23:53
- Baxış sayı: 186
- Avqust 05, 2026
- 0

Bu gün premyer liqada 26-cı tura yekun vurulub. Allsport.az saytı xəbər verir ki, son oyun günündə çempionluq mübarizəsi aparan “Qəbələ” səfərdə “Kəpəz”lə üz-üzə gəlib. Matç Gəncə klubunun qələbəsi ilə bitib – 2:0.
Günün digər matçında lider “Qarabağ” üçüncü pillədə qərarlaşan “İnter”lə qarşılaşıb. Ağdam təmsilçisi rəqibini darmadağ etməklə əasa məsələyə aydınlıq gətirib – 3:0. Belə ki, Qurban Qurbanovun komandası sona 2 tur qalmış ardıcıl 4-cü çempionluğunu rəsmiləşdirib. “Qəbələ”nin mövsümü gümüş, “İnter”in də bürünc medalla başa vuracağı da dəqiqləşib.