- Baxış sayı: 40
- 22 İyun 2026 23:07
- Baxış sayı: 42
- İyun 22, 2026
- 0

“Qarabağ”ın futbolçusu Yakub Jezniçakla həyat yoldaşı Edita Jazak arasında qalmaqal yaranıb. Allsport.az saytı xəbər verir ki, 32 yaşlı polşalı müdafiəçi 2016-cı ildə ailə qurduğu model xanımı ilə boşanmaq ərəfəsindədir:
“2017-ci ilin sonundan etibarən onların münasibətində problem yaranıb. Görünür, bu, onların bir-birlərindən uzaqda olması və ya başqa amillərlə bağlıdır. Onların boşanacağına dair şaiyələr dolaşır”.
Sportnet.az-ın yazdığına görə, ailənin yaxın dostlarından biri boşanma xəbərini təkzib edib. O, bidirib ki, Editya hazırda Kuba ilə birgə Bakıdadır və münasibətlərində heç bir problem yoxdur.