- Baxış sayı: 17
- 24 Sentyabr 2026 16:56
- Baxış sayı: 218
- Sentyabr 23, 2026
- 0

“Qarabağ”ın kapitanı, Azərbaycan U-21 və U-20 millisinin baş məşqçisi Rəşad Sadıqovun İtaliyanın “Roma” klubunun düşərgəsinə yollandığını xəbər vermişdik.
Allsport.az saytı xəbər verir ki, Ağdam komandasının öndəri Pro məşqçilik kurslarının tələblərinə əsasən təcrübə keçmək üçün “canavarlar”ın bazasında olub.
Səfər çərçivəsində o, paytaxtlıların məşqlərini izləyib, baş məşqçi Di Françesko, klubun idman direktoru Ramon Monçi, Françesko Totti və hücumçu Edin Dzeko ilə görüşüb. Sonra “Qarabağ”ın müdafiəçisi onlarla foto çəkdirib.