“Qarabağ”ın məşqçisi Delio Rossi ilə görüşəcək

“Qarabağ”ın məşqçisi Elçin Rəhmanov PRO məşqçilik kursu çərçivəsində Bolqarıstana yollanıb. Allsport.az saytı xəbər verir ki, 6 günlük proqramda o, Bolqarsıtanın “Levski” və “Ludoqorets” klublarının bazasında olacaq.

Gənc mütəxəssis “Ludoqorets” komandasında akademiyanın fəaliyyəti ilə yaxından tanış olub və təhsil ocağının direktoru ilə bi araya gələrək fikir mübadiləsi aparıb.

Elçin Rəhmanov “Levski” klubunun məşqçilər heyəti və “Latsio” və “Fiorentina”nın sabiq baş məşqçisi, hazırda da “Levski”ni çalışdıran Delio Rossiylə görüşəcək. Komandanın 1 həftəlik hazırlığı ilə tanış olacaq.

Həmin kateqoriyadan