“Qarabağ”ın müdafiəçisi Polşa millisi ilə Dünya Kubokuna aparılmır

Rusiya-2018 Dünya Kubokunda iştirak edəcək Polşa millisinin 35 nəfərlik ilkin heyəti açıqlanıb. Allsport.az saytı xəbər verir ki, Adam Navalka bu siyahıdan 12 nəfəri çıxaracaq.

61 yaşlı mütəxəssis siyahıya “Qarabağ”ın müdafiəçisi Yakub Jezniçakın adını salmayıb. Demək, 31 yaşlı futbolçu dünya çempionatında iştirak etməyəcək.

Kuba 2008-2014-cü illərdə Polşa yığmasının heyətində 9 oyuna çıxıb. Ləhistanlılar Rusiyada 14 iyun-15 iyul tarixində keçiriləcək mundialda Seneqal, Yaponiya və Kolumbiya ilə “H” qrupunda mübarizə aparacaq.

Həmin kateqoriyadan