“Qarabağ”ın qapıçısı yunanlara qarşı oynamayıb

Bosniya və Herseqovina millisi DÇ-2018-in seçmə mərhələsində növbəti matçını keçirib. Allsport.az saytı xəbər verir ki, İbrahim Şehiçin şərəfini qoruduğu komanda “H” qrupunda Yunanıstanı qonaq edib.

Qarşılaşma qolsuz başa çatıb. “Qarabağ”ın qapıçısı görüşü sonadək ehtiyat oyunçular skamyasından izləyib. Bosniyalılar 6 oyundan sonra 11 xalla Belçika və Yunanıstanın ardından qrupda 3-cü pillədə yer alıblar.

Həmin kateqoriyadan