“Qarabağ”ın qapıçısına qol vura bilmirlər

“Qarabağ”ın qapıçısı İbrahim Şehiç premyer liqada quru oyunlar seriyasını 6-ya çatdırıb. Allsport.az saytı xəbər verir ki, 17-ci turun “Kəpəz”lə ev matçında (1:0) da qapısını toxunulmaz saxlayan bosniya və herseqovinalı sonuncu dəfə 9-cu turda qol buraxıb.

O, 2017-ci il oktyabrın 22-də keçirilən “Qəbələ” ilə qarşılaşmanın (0:1) 8-ci dəqiqəsində Asif Məmmədovun fərqlənməsinə mane ola bilməyib. Həmin qoldan sonra Şehiç meydanda olduğu matçlarda uğurlu seriya edib.

Ötən il “Səbail” (1:0), “Kəpəz” (2:0) və 30-cu dəqiqəsində qırmızı vərəqə aldığı “Sumqayıt”la (2:0), mövsümün ikinci yarısında isə “Qəbələ” (0:0), “Səbail” (1:0), “Kəpəz”lə görüşlərdə top buraxmayan İbrahimin quru seriyası 562-yə dəqiqəyə çatıb.

Həmin kateqoriyadan