“Qarabağ”ın tarixində yeni göstərici

“Qarabağ”ın tarixində yeni göstərici

“Qarabağ” tarixinin yeni rekordunu müəyyənləşdirib. Allsport.az saytı xəbər verir ki, Ağdam klubu evdə məğlubiyyətsizlik zolağında premyer liqada ən yaxşı nailiyyətini göstərib. Qurban Qurbanovun komandası buna 17-ci turda “Zirə” ilə matçında nail olub.

2:0 hesabı ilə qalib gələn “Qarabağ” öz meydanındakı yenilməzliyini 32 oyuna çatıdırıb. Ağdamlılar sonuncu dəfə 2015-ci il fevralın 28-də doğma meydanda uduzmuşdu. Həmin vaxt “Qəbələ”yə 0:1 hesabı ilə məğlub olan Qurbanovun yetirmələri arxada qalan 2 il ərzində evdə 26 qələbə qazanıb və 6 heç-heçə edib.

Bununla da “Qarabağ” klub tarixinin rekordunu arxada qoyub. Ağdamlılar 1992-93-cü illərdə ardıcıl 31 ev oyununda uduzmamışdı. Bu, ümumilikdə Azərbaycan futbolu tarixində 7-ci nəticənin təkrarıdır.

Həmin kateqoriyadan