“Qarapapaq Fight Club”dan növbəti peşəkar boks gecəsi

Azərbaycan peşəkar boks federasiyasının dəstəyi və “Qarapapaq Fight Club & Promotion”un təşkilatçılığı ilə növbəti dəfə peşəkar boks üzrə reytinq döyüşləri keçirilib. Allsport.az saytı xəbər verir ki, gecənin açılışını klubun prezidenti Aqil Acalov edib.

O, yarış iştirakçılarını salamlayıb, bu cür reytinq döyüşlərinin keçirilməsində məqsəd ölkəmizdə peşəkar boksçuların yetişdirilməsi, həmçinin onların bu cür döyüşlərlə təcrübə qazanmaqlarını təmin etmək olduğunu söyləyib.

Gecədə yüngül, orta və ağır çəkilərində 7 görüş baş tutub.

Həmin kateqoriyadan