“Qarşıdakı 8 il superliqanı görməyəcəksiniz”

La liqanın prezidenti Xavyer Tebas Avropa superliqasının reallaşmayacağına inanır

Allsport.az xəbər verir ki, funksioner bu barədə özü açıqlama verib:

“Biz artıq öz mövqeyimizi bildirmişik. Hər birimiz öz səlahiyyətimiz çərçivəsində hərəkət etməli olacağıq. Klubların böyük əksəriyyəti buna qarşıdır. Gəlin hüquqi prosesi davam etdirək və çalışaq ki, audiovizual hüquqlarımız bu bəyanatlara və hazırda baş verənlərə görə böhrandan əziyyət çəkməsin.

Qarşıdakı 8 il superliqanı görməyəcəksiniz. Pulsuz yayımlara gəlincə, 1000 şam yeməyinə mərc edirəm ki, olmayacaq. Superliqanın pulsuz olacağını deyirlər. Sizcə bu mümkündürmü?”

Həmin kateqoriyadan