“Qartallar” qanalı hücumçu da transfer edib

“Zirə”də tranfer çalışmaları davam edir. Allsport.az saytı xəbər verir ki, komanda daha bir futbolçu ilə müqavilə imzalayıb. Qanalı hücumçu Riçard Qadze “qartallar”ın sıralarına qoşulub. 22 yaşlı forvard ilə 1,5 illik müqavilə bağlanılıb.

O, 2012-ci ildə vətənində “Ebusua” klubunda peşəkar karyerasına başlayıb, 3 il sonra Hindistanın “Dehli Dinamo”suna keçib. Riçard həmçinin, icarə əsasında Finlandiyanın HİK klubunda da forma geyib. Qadzedən əvvəl, “Zirə” digər hücumçu, Bundesliqada çıxış edən fransalı Ben Sanqare heyətə qatmışdı.

Həmin kateqoriyadan