- Baxış sayı: 50
- 08 Noyabr 2026 23:01
- Baxış sayı: 277
- Oktyabr 25, 2026
- 0

Almaniya Bundesliqasının yeni mövsümünə hazırlaşan “Ayntraxt” Frankfurtun eyni adlı komandası ilə sınaq matçı keçirib. Allsport.az saytı xəbər verir ki, həmşəhərlilərin mücadiləsində Renat Dadaşovun komandası qalib gəlib – 5:2.
Millimizdə oynamağa razılıq verən həmvətənimiz bir gün öncə İspaniya “Betis”i ilə oyundan fərqli, bu dəfə meydanda olub. Fasilədən sonra mübarizəyə qoşulan Renat 47-ci dəqiqədə qol vurub.