Qazaxıstan elçisi ilə əməkdaşlığın gələcək perspektivləri müzakirə olunub

Yanvarın 31-də gənclər və idman naziri Fərid Qayıbov Qazaxıstanın ölkəmizdə fövqəladə və səlahiyyətli səfiri Alim Bəyeli qəbul edib.

Allsport.az saytı xəbər verir ki, qonağa gənclər siyasəti və idman sahəsində görülən işlər və qazanılan uğurlar barədə məlumat verilib. Səfir səmimi qəbula görə təşəkkür edib. Söhbət zamanı iki ölkə arasında gənclər siyasəti və idman sahəsində əməkdaşlığın gələcək perspektivləri müzakirə olunub.

Görüşdə Qazaxıstan səfirliyinin 3-cü baş katibi Ədalət Saqimbayev də iştirak edib.

Həmin kateqoriyadan