Qiymətləndirmə komitəsi ilə görüş

Gənclər və idman naziri Fərid Qayıbov dünya idman paytaxtı mükafatı üzrə qiymətləndirmə komitəsinin nümayəndələrini qəbul edib.

Allsport.az xəbər verir ki, nazir qonaqlara ölkəmizdə idman sahəsində görülən işlər, qazanılan uğurlar barədə məlumat verib.

Qiymətləndirmə komitəsinin nümayəndələrini Bakıda fəaliyyət göstərən idman qurğuları ilə tanış olduqlarını qeyd ediblər. Görüşdə 2026-cı il Bakı şəhərinin dünyanın “İdman paytaxtı” olmağa namizədliyinin irəli sürülməsi məsələsi müzakirə olunub.

Müzakirələr zamanı beynəlxalq titullara ev sahibliyi etmək baxımından Azərbaycanın böyük təcrübəsinin olduğu qeyd edilib.

Həmin kateqoriyadan