- Baxış sayı: 42
- 08 Oktyabr 2026 23:58
- Baxış sayı: 92
- Oktyabr 08, 2026
- 0

Madrid “Real”ı və Fransa millisinin yarımmüdafiəçisi Orelyen Tçuameni “Qızıl top” mükafatının həmyerlilərindən birinə verilməli olduğunu düşünür.
Allsport.az xəbər verir ki, 26 yaşlı futbolçu mükafata layiq gördüyü futbolçular arasında Kilian Mbappe, Usman Dembele və Maykl Olisenin adlarını çəkib:
“Səsimi kimə verərdim? Çətin sualdır, çünki bu mükafata layiq olan çoxlu futbolçu var.
Kilian Mbappe möhtəşəm mövsüm keçirib və düşünürəm ki, o, buna layiqdir. Eyni sözləri PSJ ilə yenidən çempionlar liqasını qazanan Usman Dembele haqqında da demək olar. Maykl Olise də var.
“Qızıl top” Fransaya qayıtmalıdır”.
Mükafatın təqdimetmə mərasimi oktyabrın 26-da Londonda keçiriləcək.