“Qızıl top” sahibi keçmiş klubunu istəyir

Kərim Benzema “Lion”a qayıda bilər.

Allsport.az xəbər verir ki, fransa klubunun rəhbərliyi hazırda keçid üzərində işləyir. Daha əvvəl 36 yaşlı Kərim Benzema karyerasını başladığı klubda bitirmək istədiyini bildirmişdi. Forvard peşəkar futbolda ilk addımlarını Lionda atıb.

Xatırladaq ki, hüquqları “Əl-İttihad”a məxsus olan Benzema Səudiyyə Ərəbistanını tərk edib. Qeyri-rəsmi məlumatlara görə, futbolçu ayağından zədələndiyi üçün evə buraxılıb. Kərim Benzema ilə müqavilə 2026-cı ilin yayına kimi nəzərdə tutulub. Forvardın qiyməti 15 milyon avrodur.

Həmin kateqoriyadan