Qol vurdu, tarixə düşdü

“Tottenhem”in hücumçusu Heunq-Min Son İngiltərə premyer liqasının 16-cı turunda “Nyukasl”la matçda (4:1) qol vurub.

Allsport.az xəbər verir ki, beləliklə, o, premyer liqada ardıcıl 8-ci mövsümdə 10 qol vurub. O, tarixdə buna nail olan 7-ci futbolçu olub.

Əvvəllər bunu yalnız Veyn Runi (ardıcıl 11 mövsüm), Frenk Lempard (10), Serxio Aquero, Harri Keyn (hər ikisi 9), Tyerri Henri və Sadio Mane (hər ikisi 8) bacarmışdı.

Həmin kateqoriyadan