Qoridə beynəlxalq turnirdə

İyunun 16-da Gürcüstanın Qori şəhərində Avropa və dünya çempionu Georgi Kandelakinin şərəfinə gənc boksçular arasında ənənəvi beynəlxalq turnir start götürəcək. Allsport.az saytı xəbər verir ki, 4 gün davam edəcək yarışda bizdən baş məşqçi Elbrus Rzayevin rəhbərliyi ilə 14 milli üzvü çıxış edəcək.

Bunlar Kənan Babayev (48 kq), Amin Məmmədzadə, Tural Sarıyev (hər ikisi – 51 kq), Kamil Babayev, Mahir Süleymanov (54 kq), Bayramov Arif, Mətin Məmmədov (57 kq), Taci Tağızadə (60 kq), Səid Abdullayev (67 kq), Sənan Hətəmov (71 kq), Rza Rzazadə (75 kq), Aslan Mövsümov (86 kq), Rəşid Məmmədov (92 kq) və Səbuhi Əlizadədirlər (+92 kq).

Görüşləri idarə edəcək referilər arasında Anar Nağdıyev də yer alacaq.

Həmin kateqoriyadan