- Baxış sayı: 34
- 26 Aprel 2024 15:45
- Baxış sayı: 35
- Aprel 28, 2024
- 0
Azərbaycan yığmasının və “Qranada”nın yarımmüdafiəçisi Eddi İsrafilov İspaniya La Liqasının 30-cu turu çərçivəsində “Selta”ya qarşı oyunu buraxa bilər. Allsport.az xəbər verir ki, son turda Madrid “Real”ı ilə səfər oyununda (1:9) “Qranada”nın iki futbolçusu sıradan çıxıb.
Bunlar Piti və Eddidir. Köhnə zədəsini təzələyən İsrafilov bu üzdən ötən gün məşq də etməyib.
Qeyd edək ki, “Qranada” hazırda 23 xalla 19-cu pillədə qərarlaşıb.