Qrizman qalacaq, ya gedəcək?

“Atletiko”nun hücumçusu Antuan Qrizman klub rəhbərliyindən zəng gözləyir.

Allsport.az xəbər verir ki, fransız futbolçu 2 dəfə maaşının azaldılması ilə razılaşıb – onun hazırkı maaşı ildə təxminən 7 milyon avrodur. 32 yaşlı forvard sözləşmə şərtlərinin indi yenidən müzakirə olunacağına ümid edir. Futbolçu bu məsələni müzakirə etmək üçün klub rəhbərliyindən zəng gözləyir.

Xatırladaq ki, Antuan Qrizman son vaxtlar Luis Araqoneslə birlikdə “matrasçılar” tarixinin bombardiri olub – 173 qol.

Həmin kateqoriyadan