Qulaqcıqla yolu keçən ukraynalı çempion qatarın altında qaldı

Ukrayna idmanında böyük itki baş verib. Allsport.az xəbər verir ki, qadınlar arasında boks çempionu Amina Bulax faciəvi şəkildə vəfat edib. 18 yaşlı xanım aptekdən evə qayıdanda qulaqcıqlarla mahnıya qulaq asdığı üçün yolu keçən qatarın səsini eşitməyib. Saniyələr sonra qatar idmançının üstündən keçib.

Bulax sentyabr ayında gənclər arasında Avropa çempionatında bürünc medala sahib olmuşdu. Onun gələcəkdə böyük idmançı olacağı gözlənilirdi.

Həmin kateqoriyadan