Qurban Qurbanov: Ağır qrafikdəyik, futbolçularda yorğunluq yaranır

Premyer liqanın 24-cü turunda “Qarabağ” Respublika stadionunda “Kəpəz”i 2:1 hesabı ilə məğlub edib. Allsport.az saytı xəbər verir ki, qalib komandanın baş məşqçisi Qurban Qurbanov oyun sonrası mətbuat konfransında öz fikirini bildirib:

“Bəlkə də çempionatın ən gərgin oyunlarından biri oldu. Oyunun əvvəlində hesabda geri düşdük. Çempionat sona yaxınlaşdıqca, futbolçularda həyəcan çox olur. Ehtiyatlı olmalıyıq. Çox vacib 3 xal qazandıq. Ağır qrafikdəyik.

Futbolçularda yorğunluq yaranır. Buna baxmayaraq, futbolçularım düzgün oynamağa çalışdılar. Hər birini təbrik edirəm”.

Həmin kateqoriyadan