Qurban Qurbanov: Belə matçlarda azlıqda qalmaq futbolçularımızı bir az da bərkidir

Premyer liqasının 12-ci turunda evdə “Sumqayıt”ı məğlub edən (2:0) “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov oyun sonrası mətbuat konfransına gəlib. Allsport.az saytı xəbər verir ki, mütəxəssis qələbə ilə bağlı bunu deyib:

“Açığı, hiss olunurdu ki, tonusdan düşmüşdük. Çünki neçə gün idi oynamırdıq. Futbolçuların istirahətə daha çox ehtiyacları var idi. Futbolçulara faydalı oyun oldu. Belə matçlarda azlıqda qalmaq onları bir az da bərkidir. Komandamı təbrik edirəm”.

Həmin kateqoriyadan