Qurban Qurbanov: Bu gün qeydə alınan hesab, hələ heç nə demək deyil

Bu gün “Qarabağ” klubu ölkə kubokunun 1/2 final mərhələsinin ilk matçında səfərdə “Neftçi”ni 2:0 hesabı ilə məğlub edib. Allsport.az saytı xəbər verir ki, qalib komandamızın baş məşqçisi Qurban Qurbanov oyun sonrası mətbuat konfransında bunu deyib:

“Maraqlı oyun alındı. Bu stadionda çox yaxşı atmosfer olur. “Neftçi” və “Qarabağ”ın azarkeşləri qarşısında çox xoş idi. Qalib gəldik. Amma “Neftçi” sona kimi mübarizə apardı. Hesabda dəyişiklik etməyə çalışdı.

Bizim üçün çox təhlükəli rəqibdir. Çempionatda onlarla oyun bizə ağır olmuşdu. Bu gün qeydə alınan hesab, hələ heç nə demək deyil. Cavab matçına da yaxşı hazırlaşmalıyıq. Hər iki komanda baxımlı, mübariz oyun göstərdi”.

Həmin kateqoriyadan