Qurban Qurbanov: “Bu oyunun da qələbəylə bitməsi bizim üçün faydalı oldu”

“Qarabağ” Antalyada qış təlim-məşq toplanışını davam etdirir. Allsport.az saytı xəbər verir ki, komandamız 2-ci yoxlama matçında Rumıniyanın “Styaua” klubunu 2:0 hesabıyla məğlub edib. Baş məşqçi Qurban Qurbanov qarşılaşma haqda fikirlərini bildirib:

“Maraqlı oyun alındı. Hər bir oyunda nəticələr vacibdi.  Bu oyunda da nəticə bizi qane etdi. Bu qarşılaşmada yaxşı çıxış etdik. Futbolçular verdiyimiz tapşırıqları aldılar və yerinə yetirdilər. Bu oyunun da qələbəylə bitməsi bizim üçün faydalı oldu.

Rəşad Sadıqovun zədəsi isə ciddi görünmür, amma yekun durum sabah tibbi müayinədən sonra məlum olacaq. Müarəm Müarəm isə əvəzlənməyi özü istədi. Ümid edirəm ki, ciddi bir şey yoxdur. Belə oyunlar təhlükəlidir, fiziki yükləmələr bəzən zədələrə səbəb olub. Təlim-məşq toplanışında belə zədələrin olması normaldır”.

Həmin kateqoriyadan