Qurban Qurbanov: Bu titulu saxlamaq, qorumaq çətin olsa da, vəzifəmizdir

Bu gün premyer liqanın 26-cı turunda “Qarabağ” səfərdə “İnter” komandasını 3:0 hesabı ilə yenərək, mövsümün sonuna 2 matç qalmış çempionluğunu rəsmiləşdirdi. Allsport.az saytı xəbər verir ki, qalib klubun baş məşqçisi Qurban Qurbanov oyun sonrası mətbuat konfransında öz fikrni bildirib:

“Klub rəhbərliyini, futbolçuları və azarkeşlərimizi təbrik edirəm. Bu titulu saxlamaq, qorumaq çətin olsa da, vəzifəmizdir. Buna nail olmaq bizim üçün xoşdur. “İnter”i ilin komandası adlandırardım. Çətinliklərə baxmayaraq, layiqli oyun göstərdilər. Hamısı öz oyunçularımızdır. Onlara uğurlar arzulayıram”.

Həmin kateqoriyadan