Qurban Qurbanov: Çətin qələbə qazansaq da, oyundan razı qaldım

Bu gün “Qarabağ” klubu premyer liqanın 22-ci turunda AzAL-ı 1:0 hesabı ilə məyus edib. Allsport.az saytı xəbər verir ki, qarşılaşmadan sonra qalib komandanın baş məşqçisi Qurban Qurbanov bunu deyib:

“Futbolçularımı təbrik edirəm. Çətin qələbə qazansaq da, oyundan razı qaldım. AzAL təkcə müdafiə olunmayı yox,topla yaxşı davranmağı bacaran komandadır.

Biz buna bir daha şahidlik etdik. Düşünürəm ki, AzAL hər bir komandaya çətin anlar yaşada bilər, hətta qələbə də qazana bilər. Qarşıdakı oyunlar daha çətin olacaq, həmin oyunlara hazırlaşmalıyıq”.

Həmin kateqoriyadan