Qurban Qurbanov: “Çalışacağıq ki, oyundan-oyuna səhvlərimizi aradan qaldıraq”

“Qarabağ” Antalyada təlim-məşq toplanışında ilk yoxlama matçını Albaniyanın “İsgəndərbəy” klubuna qarşı keçirib. Allsport.az saytı xəbər verir ki, komandamızın 1:0 hesabı ilə qalib gəldiyi oyundan sonra baş məşqçi Qurban Qurbanov fikrini klubun rəsmi saytına açıqlayıb:

“Pis oyun alınmadı, çatışmayan cəhətlər var idi. Hazırda fiziki hazırlıqlar çox önəmlidi. Burada hər bir rəqiblə oyunlarımızda 1-2 günün çox önəmi var, çünki ola bilər ki, futbolçular fiziki yükləmələrlə meydana çıxsın, rəqib isə daha rahat olsun. Albaniyada çempionat bizdən bir həftə əvvəl başlayır, buna görə də onlar indi daha hazırlıqlı və yaxşı formadadırlar.

Hər iki hissədə oyun intizamı yaxşıydı, texniki səhvlərin olması isə normaldır. Futbolçularımda daha çox konsentrasiya gördüm. Qarşıda hələ yoxlama matçlarımız var, çalışacağıq ki, oyundan-oyuna səhvlərimizi aradan qaldıraq və daha yaxşı oyun göstərək. İkinci hissə daha maraqlı alındı, ilk hissəyə nisbətən açıq oyun getdi. İlk hissə bir az qapalı keçdi, komandam hücum qurmaqda daha çox düşünürdü.

Həmin kateqoriyadan