- Baxış sayı: 50
- 08 Noyabr 2026 23:01
- Baxış sayı: 277
- Oktyabr 25, 2026
- 0

Bu gün premyer liqada “Qarabağ” öz meydanında “Səbail” klubuna qalib gəldi. Allsport.az saytı xəbər verir ki, görüşdən sonra qalib komandanın baş məşqçisi Qurban Qurbanov bunu dedi:
“Futbolçularımı təbrik edirəm. Layiqli qələbə qazandılar. Həddən artıq çətin oldu. Futbol elə oyundur ki, burda meydanda 10 nəfər də, 9 nəfər də qala bilərsən.
Çoxdandır belə gözəl oyun keçirməmişdik. Azlıqda qalsaq da, qalib gələ bildik. Bu gün həm 3 xal qazandıq, həm də yaxşı oyun göstərdik. Samir Əliyevə gələn oyunlarda uğurlar arzulayıram”.