Qurban Qurbanov: Eşitdim ki, baş məşqçiləri yenə də şanslarının qaldığını deyib

Çempionlar liqasının 2-ci ələməsinin ilk oyununda evdə “Samtredia”nı 5:0 hesabı ilə yenən Qarabağ” səfərə rahat yollanacaq. Allsport.az saytı xəbər verir ki, görüşdən sonra baş məşqçimiz Qurban Qurbanov mətbuat konfransında təvazökar danışıb:

“Çox istəkli və aqressiv komandaya qarşı oynayırdıq. Rəqib topla davranmağı bacarır. 4 top buraxdıqdan sonra da rəqib məğlub olmaq istəmirdi. Eşitdim ki, baş məşqçiləri yenə də şanslarının qaldığını deyib. Bu komandaya, məşqçiyə qarşı hörmətim daha da artdı. Oyuna gəlincə, çətin başlanğıc oldu.

İlk hissə bizim üçün bir qədər ağır oldu. Futbolçularımız xarakter nümayiş etdirdilər. Bir dəqiqə də olsun sakitləşmədilər. Azarkeşlərin də bu gün bizə köməyi oldu. Fikrimiz cavab görüşündə olacaq. Çalışacağıq bu müddətdə çatışmayan cəhətlərimizi aradan qaldıraq. Həddən artıq diqqətli və ciddi olmalıyıq”.

Həmin kateqoriyadan