Qurban Qurbanov: Futbolçularımız belə bir bərbad meydanda xarakter göstərdilər

Bu gün “Qarabağ” Gəncədə “Kəpəz”i 1:0 hesabı ilə məğlub edib. Allsport.az saytı xəbər verir ki, matçdan sonra qalib komandanın baş məşqçisi Qurban Qurbanov bunu deyib:

“Azarkeşlər üçün maraqlı oyun oldu. Futbolçular belə bir meydanda xarakter göstərdilər. Qələbə üçün nə lazımıydısa, komandam bəlkə artığını etdi.

Azarkeşlərimizə təşəkkür edirəm, bu gün də stadiondaydılar. “Kəpəz” azarkeşlərinə də təşəkkür edirəm, məni və komandamı yaxşı qarşıladılar. Şahin Diniyev və “Kəpəz”ə qarşıdakı oyunlarda uğurlar arzulayıram”.

Həmin kateqoriyadan