Qurban Qurbanov: Futbolçuların durumuna görə məğlub olmağa da hazır idim

“Qarabağ” premyer piqanın 3-cü turunda “Qəbələ”ni 2:1 hesabı ilə məğlub etdi. Allsport.az saytı xəbər verir ki, qalib komandanın baş məşqçisi Qurban Qurbanov oyun sonrası mətbuat konfransında öz fikrini bildirdi:

“Komandamı təbrik edirəm. Çox ağır oyun oldu. Futbolçuların durumuna görə məğlub olmağa da hazır idim. Hər şey bizim tərəfimizdə oldu. Komanda sona kimi mübarizə apardı.

Qələbə üçün hər şeyi etdilər. Rəqibə bir neçə qol epizodu verdik. Bəzi sürətli hücumlarda boşluqlar oldu. “Qəbələ” də qalib gələ bilərdi”.

Həmin kateqoriyadan