Qurban Qurbanov: İlk hissə gərgin keçdi

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Türkiyədə təlim-məşq toplanışında Polşanın “Lexiya” klubuna qarşı keçirdikləri yoxlama oyununu şərh edib. Allsport.az saytı xəbər verir ki, Ağdam klubunun çalışdırıcısı 1:1 hesabı ilə başa çatan görüşdən sonra bunu söyləyib:

“Maraqlı oyun alındı, xüsusən də ilk hissə gərgin mübarizə şəraitində keçdi. Rəqib daha hazırlıqlı idi və daha çox pressinq edirdilər, toplu mübarizə oldu. İkinci hissədə daha açıq oyuna üstünlük verildi. Səhvlərimiz oldu, amma futbolçular meydanda doğru olanı etməyə çalışırdılar. Ümumiyyətlə, futbolçulardan və oyundan razı qaldım”.

Həmin kateqoriyadan