Qurban Qurbanov: İlk qolun vurulması mənə Bakıda İtaliya «İnter»i ilə görüşü xatırlatdı

«Qarabağ»ı evdə qəbul edən «Qəbələ» 2:0 hesabı ilə qalib gəldi. Allsport.az saytı xəbər verir ki, görüşdən sonra qonaq komandanın baş məşqçisi Qurban Qurbanov bunu dedi: «Bu gün «Qəbələ» yaxşı oyun göstərdi, rəqibi təbrik edirəm. Qarşıda hələ ağır və gərgin görüşlər çox var. Mübarizə davam edir.

Bizim ilk buraxdığımız qol öncə müzakirəyə səbəb oldu. Bu mənə avroliqada Bakıda İtaliya «İnter»inə qarşı matçı xatırlatdı. Onda hakimlər düşünmədən qərar verdilər. Amma bizimkilər dayandılar, müzakirə etdilər. Baş referi qolu qeydə almamışdı. Yan hakimlə məsləhətləşmədən sonra qolun qaydalar çərçivəsində vurulduğuna ümumi qərar verildi».

Həmin kateqoriyadan