- Baxış sayı: 40
- 22 İyun 2026 23:07
- Baxış sayı: 42
- İyun 22, 2026
- 0

Premyer liqanın 20-ci turunda səfərdə “Neftçi” ilə 0:0 bərabərə qalan “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov oyun sonrası mətbuat konfransına gəlib. Allsport.az saytı xəbər verir ki, o, rəqibin şəninə tərif deyib:
“Maraqlı oyun alındı. Bircə qol çatışmadı. Çempionatın ən sürətli qarşılaşmalarından biri idi. Həm toplu, həm də topsuz, hər 2 komanda çox fəal oyun göstərdi.
“Neftçi” yaxşı forma yığıb. Bu komandaya uğurlar arzulayıram. Azarkeşlər də sona kimi komandalarını dəstəklədilər. Komandamın oyunundan razı qaldım”.