Qurban Qurbanov: “Niyə problemimiz var idi, bunu çox yaxşı bilirəm”

Bu gün premyer liqanın 21-ci turunda “Qarabağ” səfərdə “Sumqayıt” klubunu 4:0 hesabıyla məğlub edib. Allsport.az saytı xəbər verir ki, qalib komandanın baş məşqçisi Qurban Qurbanov oyundan sonra bunu deyib:

“Sumqayıt” azarkeşlərinə təşəkkür edirəm, komandamzı çox yaxşı qarşıladılar. Uzaq yol gəldikləri üçün öz azarkeşlərimizə təşəkkür edirəm. Son iki oyunda uğursuz nəticələrə baxmayaraq, azarkeşlərimiz bizim yanımızdaydılar. Oyuna gəlincə, komandamızın üzərində təzyiqlər var idi.

Niyə problemimiz var idi, bunu çox yaxşı bilirəm. Böyük hesabla qələbə qazansaq da, üzərimizdəki təzyiq meydanda hiss olunurdu. Vacib 3 xal qazandıq. Ümid edirəm ki, bundan sonra səhvlər etməyəcəyik. Futbolçularıma 1-2 gün istirahət verəcəm ki, ailələrinin yanında olsunlar. Milli komandaya gedən futbolçulara da uğurlar arzu edirəm”.

Həmin kateqoriyadan