Qurban Qurbanov: Qarşıda “Qəbələ” ilə çətin oyunumuz var

Ölkə kubokunun yarımfinal mərhələsinin cavab matçında “Qarabağ” “Neftçi”ylə 0:0 hesablı heç-heçə edərək, 2 görüşün nəticəsinə görə (2:0) finala vəsiqə qazanıb. Allsport.az saytı xəbər verir ki, qalib komandanın baş məşqçisi Qurban Qurbanov oyun sonrası mətbuat konfransında öz fikrini bildirib:

“Komandamı və azarkeşlərimizi təbrik edirəm. İlk oyundan sonra demişdim ki, cavab matçı bizim üçün çətin olacaq. Həqiqətən də belə oldu. “Neftçi” bu gün ən yaxşı oyununu oynadı. Onlara uğurlar arzu edirəm.

Belə oynasalar, qarşıdakı oyunlarda istənilən rəqibi məğlub edə bilərlər. 3 ildir ardıcıl finala çıxırıq. Buna görə də futbolçularıma təşəkkür edirəm. Qarşıda “Qəbələ” ilə çətin oyunumuz var. “Qəbələ” çox ciddi rəqibdir”.

Həmin kateqoriyadan