Qurban Qurbanov: Rəqib tam fərqli sistemdə oynadı və diqqətli oldu

Bu gün “Qarabağ” klubu Premyer liqanın 9-cu turunda “Neftçi”ni 2:0 hesabı ilə məğlub edib. Allsport.az saytı xəbər verir ki, komandamızın baş məşqçisi Qurban Qurbanov matçdan sonra KİV-ə fikirini açıqlayıb:

“Çox vacib qələbə qazandıq. Turun son oyunu idi. Futbolçular çox çalışdılar. Hər tur oynumuzu daha da yaxşılaşdırmaq istəyirik. Vacib qələbə qazandıq, futbolçularımızın da nizam-intizamı məni razı saldı. “Neftçi” komandasına da uğurlar arzu edirəm.

Bizim üçün heç də asan olmadı. Rəqib tam fərqli sistemdə oynadı və diqqətli oldu. Müdafiədə boşluqlara çox yer vermədilər. Son qolu saymasaq da, olar. Ümumən, oyun nizam-intizamı əvvəlkilərdən fərqli idi. Hiss olunur ki, bizi çox yaxşı analiz ediblər.  Bu sistemdə daha çox çalışsalar, rəqiblər üçün heç də asan olmayacaq”.

Həmin kateqoriyadan