Qurban Qurbanov: “Sumqayıt” hər oyunda bizə qarşı fərqli üslublardan istifadə edir

Bu gün Premyer Liqanın 8-ci turunda “Qarabağ” klubu “Sumqayıt”ı 3:0 hesabı ilə məğlub edib. Allsport.az saytı xəbər verir ki, matçdan sonra qalib komandanın baş məşqçisi Qurban Qurbanov oyun haqda fikirini bildirib:

“Vacib qələbə qazandıq. Asan oyun olmadı. Hər oyunda bizə qarşı fərqli üslublardan istifadə edirlər. Fikrimcə, maraqlı oyun oldu. Əsas odu ki, azarkeşlərimizi seviindirə bildik. Futbolçular bir müddətdi bir yerdə deyildilər. Qarşıda bizi vacib oyun gözləyir.

Buna baxmayaraq, tam olaraq bu oyuna köklənmişdik. PAOK-la oyuna 4 gün qalıb. Məşqlərdə diqqətli olmalı, bu komandayla oyuna ciddi hazırlaşmalıyıq. Bizi doğrudan da çətin oyun gözləyir. Samir Abasova uğurlar arzulayıram. O, daim öz üzərində işləyir, hər oyunda nə isə yenilik edir”.

Həmin kateqoriyadan