Qurban Qurbanov: Təəssüf ki, əsas futbolçumuz Dani Kintananı itirdik

Bu gün premyer liqanın 16-cı turunda “Qarabağ” klubu səfərdə AZAL-ı 2:1 hesabı ilə məğlub edib. Allsport.az saytı xəbər verir ki, qalib komandanın baş məşqçisi Qurban Qurbanov oyun sonrası mətbuat konfransında bunu deyib:

“Çox vacib qələbə qazandıq. Həqiqətən ağır oyun oldu. Görüşə pis başladıq. Rəqib yaxşı müdafiə olunurdu. İlk hissədə bir neçə şansımız olsa da, istifadə edə bilmədik.

Təəssüf ki, əsas futbolçumuz Kintananı itirdik. Oyunçuları, azarkeşləri qələbə münasibəti ilə təbrik edirəm. Qarşıdakı oyunlarda rəqibə uğurlar arzulayıram”.

Həmin kateqoriyadan